ABŞ-da koronovirusun “Delta” ştammının yayılma sürəti rekord qırır.
“İzvestiya” nəşri xəbər verir ki, təkcə ötən sutkada 23 min insanın “Delta”ya yoluxduğu aşkar edilib.
Həkimlər pandemiyanın yeni növünün yayılmasını həm də məcburi maska taxmaq qadağasının hökumət qurumları tərəfindən tələsik ləğv edilməsində görür.
Hazırda ABŞ-da xəstəxanalar təcili olaraq dərman ehtiyatlarını yığır və yeni dalğaya hazırlaşırlar.
Məlumat üçün qeyd edək ki, koronavirusun “Delta” ştammı daha çox hüceyrələri məhv etməklə və daha sürətlə yayılmaqla fərqlənir.