Britaniyanın “Queen Elizabeth” aviadaşıyıcısında koronavirus yayılıb.
Bu barədə BBC xəbər verir.
Bununla belə, aviadaşıyıcının əməliyyat tapşırıqlarını yerinə yetirməyə davam edəcəyi bildirilir. Məlumata görə bütün heyət üzvləri COVID-19 peyvəndinin iki komponenti ilə vaksinasiyadan keçib, bu səbəbdən koronavirus epidemiyası nəzarət altındadır.
O da vurğulanır ki, aviadaşıyıcı zərbə qrupunun digər gəmilərində də yoluxma halları qeydə alınıb.