Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) israilin paytaxtı Təl-Əvivdə səfirlik açıb.
“RİA Novosi” xəbər yayır ki, mərasimdə İsrailin yeni Prezidenti İsaak Herzoq da iştirak edib.
“İsrailin prezidenti olduğum dövrdə BƏƏ-nin İsraildəki səfirliyinin bu tarixi açılışında iştirak etmək fürsətinə sahib olduğum üçün çox xoşbəxtəm. Biz mümkünsüzü mümkün hala gətirdik”, - deyə Herzoq mərasim zamanı bildirib.
Sonra təntənəli şəkildə lent kəsilib, İsrail prezidenti və BƏƏ-nin səfiri əl sıxışıblar.
Qeyd edək ki, iyun ayının sonunda İsrailin Əbu-Dabidəki səfirliyinin açılış mərasimi keçirilib və İsrailin Dubayda baş konsulluğu açılıb.