Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus “Fly Dubai” aviaşirkəti ABŞ-ın “Boeing” korporasiyasına sifariş verdiyi 237 təyyarəsinin 65-dən imtina edib.
Median.Az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, buna səbəb koronavirus pandemiyasının aviasiya sektoruna mənfi təsiridir.
Xatırladaq ki, 2017-ci ildə imzalanmış müqavilə çərçivəsində “Boeing” “Fly Dubai”yə ötən ay 2 ədəd “Max 8” markalı təyyarə çatdırmışdı, bu ilin sonuna kimi isə daha 11 təyyarənin çatdırılması planlaşdırılır.