Gürcüstan televiziya kanalları “Mtavari Arkhi”, “TV Pirveli”, “Formula” və “Kavkasia” ölkənin baş nazirinin istefası tələbi ilə yayımı dayandırıblar.
Bu barədə “Mtavari Arkhi”nin bəyanatında deyilir.
Kanalların qara fonunda Tbilisidə 5 iyulda baş verən qarşıdurmalarında zərəçəkən 53 jurnalistin və operatorların siyahısı görünür.
Qeyd edək ki, hadisədən sonra 8 iyul tarixində xəstəxanadan çıxan operator Aleksandr Laşkarava 11 iyul tarixində səhər evində ölü tapılıb. Operatorun ölümü Gürcüstan cəmiyyətində böyük rezonans doğurub. Onun ölümündən sonra ölkədə kütləvi etirazlar dalğası baş qaldırıb. Etirazçılar baş nazirin və hökumətin istefasını tələb edirlər.