Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Tokiodakı Oyunların təşkilat komitəsi ilə görüşdə səhvə yol verərək yaponları çinlilərlə səhv salıb.
Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
“Ortaq məqsədimiz Olimpiya oyunların idmançılar, nümayəndə heyətlərinin üzvləri və ən əsası Çin xalqı üçün... Yapon vətəndaşları üçün təhlükəsiz şəraitdə keçirilməsidir”, - deyə Tomas Bax bildirib.
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Tokio Olimpiadası pandemiya səbəbindən bu il 23 iyul - 8 avqust aralığında təşkil olunacaq.