Fransanın cənubundakı “Edem” sinema klubu hazırda fəaliyyət göstərən ən qədim kinoteatr kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Bu barədə “Frans-Press” məlumat yayıb.
Məlumata əsasən, kinoteatr düz 132 il bundan öncə, 15 iyul 1889-cu ildə, Aralıq dənizi sahilində yerləşən kiçik La-Syota liman şəhərciyində açılıb. Həmin dövrdə şəhərdə cəmi 12 min əhali yaşayıb (hazırda şəhər əhalisinin sayı 35 min nəfərdir). Kinoteatrda Lümyer qardaşlarının ilk filmi nümayiş olunub.