BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Henrietta For vəzifəsindən istefa vermək barədə qərar qəbul edib.
“RİA Novosti” xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak mətbuat konfransı zamanı bəyan edib.
O, bildirib ki, H.For vəzifəsini tərk etmək niyyəti barədə BMT Baş katibi Antoniu Quterrişi məlumatlandırıb.
Qeyd edək ki, H.For 1 yanvar 2018-ci ildən bəri YUNİSEF-ə rəhbərlik edir. O, quruma yeni başçı təyin edilənədək vəzifəsində qalacaq.