Belarus Prezidenti Aleksandr Lukaşenko iyulun 13-də Rusiyanın Sankt-Peterburq şəhərinə gedib.
Məlumatı BelTA yayıb.
Bildirilib ki, iyulun 13-də Rusiya Prezidenti Vladimir Putin onunla görüşəcək. Görüşdə dövlət başçıları müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafını, beynəlxalq problemləri müzakirə edəcəklər.