Hindistanın şimal qərbində yerləşən Caypur şəhərində “selfi” çəkən 11 nəfər ildırım vurması nəticəsində həlak olub.
Bu barədə “BBC News” məlumat yayıb.
Hadisə nəticəsində daha bir neçə şəxs yaralanıb.
Qeyd olunur ki, həlak olan şəxslər XII əsrə aid gözətçi qülləsinin zirvəsində “selfi” çəkiblər.
Hadisə baş verən zaman tarixə abidənin qülləsində təxminən 27 nəfər olub.
Bəzi şəxslər özlərini qüllədən yerə atıb və xəsarət alıb.