Bu gün Misir parlamenti prezident Əbdülfəttah əs-Sisinin ölkədə fövqəladə vəziyyət rejiminin üç ay uzadılması barədə fərmanını təsdiqləyib.
Bu barədə Misirin “Al Youm As Sabi” xəbər portalı məlumat yayıb.
Fərman 24 iyul tarixindən yerli vaxtla saat 01:00-dan qüvvəyə minir.
Məlumat üçün qeyd edək ki, Misirdə fövqəladə vəziyyət 2017-ci ilin aprelində - terrorçuların iki kilsəyə hücumu nəticəsində onlarla insanın ölməsindən sonra tətbiq edilib.