Fransanın milli aviadaşıyıcısı - “Air France” şirkəti 160 yeni təyyarə almağa hazırlaşır.
Aviaşirkət bununla bağlı Fransa-Almaniya birgə müəssisəsi - Airbus" və ABŞ-ın "Boeing" korporasiyaları ilə danışıqlar aparır.
Xatırladaq ki, bu ilin aprel ayında “Air France” hökumətdən 4 milyard avro dəyərində dəstək paketi alıb. Məqsəd aviaşirkəti koronavirus pandemiyasının mənfi təsirlərindən xilas etməkdir.