İspaniya Dövlət Meteorologiya Agentliyi güclü isti səbəbindən krallığın bir sıra vilayətlərində xəbərdarlıq elan edib.
Bu barədə TASS-a istinadən xəbər verir.
Qurum ölkənin cənub-şərqində sarı (təhlükə) və narıncı (yüksək təhlükə) səviyyəli təhlükə elan edib. Valensiya üçün təhlükənin ən yüksək – qırmızı səviyyəsi elan olunub. Proqnozlara görə burada temperaturun 44 dərəcə Selsiyə çatmaq ehtimalı var.
İspaniyada son temperatur rekordu 2017-ci ildə qeydə alınıb. Belə ki, iyul ayının ortalarında Kordovada temperatur 46,9 dərəcəyədək yüksəlib.