11 iyulda ABŞ planetdə ən isti hava olan yerlərdən biri kimi qeydə alınıb.
“Reuters” xəbər verir ki, rekord “Ölüm vadisi”ndə qeydə alınıb. Belə ki, burada temperatur +54 dərəcə selsiyə çatıb.
ABŞ Milli Hidrometreologiya Xidməti “Ölüm vadisi”ndə Farenheyt şkalası ilə 130 dərəcə (+54° C) temperatur qeyd edib. Bu göstərici təsdiqlənərsə, Yer kürəsində indiyədək qeydə alınan bütün rekordları qıracaq.
Eyni zamanda, gündə səthin istiliyinin daha da yüksək olduğu məlumdur. Ziyarət mərkəzinin yaxınlığında asfaltın Farenheyt şkalası ilə 178 dərəcəyə (+81.1° C) qədər isindiyi qeyd olunub.
ABŞ-da isti hava ölkənin şimal-qərb hissəsinin böyük hissəsini əhatə edib. Meteoroloqlar isti havanın yarada biləcəyi təhlükə ilə bağlı uşaqlar, xüsusilə qocalara xəbərdarlıq ediblər.
Bundan əlavə, isti hava böyük meşə yanğınlarına səbəb olub. Bəzi bölgələrdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.