Gürcüstanda müxalif jurnalistlər parlament binasına daxil oldular - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

Gürcüstanda müxalif jurnalistlər parlament binasına daxil oldular - VİDEO

Gürcüstanda deputatlarla görüş tələb edən müxalif jurnalistlər parlament binasına daxil olublar.

“Sputnik Gürcüstan” xəbər verir ki, müxalifət televiziyası “TV Pirveli”nin qurucusu Vato Tseretelinin iclas salonuna girməyə qərar verməsindən sonra qanunverici orqanda dava başlayıb. O, yaralanıb.

Hazırda konfrans salonunda qarşıdurma davam edir, vəziyyət gərgin olaraq qalır.

Gürcüstan və Avropa İttifaqının bayraqlarını kürsüyə asan müxalifət nümayəndələri Tinatin Bokuçava, Yelena Xoştariya, Lela Keburia, Xatuna Samnidze, Ana Natsvlşvili parlamentin sədrinin yerinə keçiblər. Onlar tribunadan hökumətin istefasını tələb edirlər.

Mühafizəçilər müxalifətin bir hissəsini salondan çıxarmağa çalışırlar.

Parlamentin plenar iclası pozulub.

“Bu, düşünülmüş təxribat idi. Onlar (müxalifət-red.) uzun müddətdir buna can atırdılar”, - deyə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasından olan millət vəkili Şalva Papuaşvili bildirib.

Parlamentə girmədən əvvəl jurnalistlər baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi hökumətin istefasını tələb edən etiraz aksiyalarına davam edəcəklərini vurğulayaraq ortaq açıqlama yayıblar. Bunun səbəbi 5 iyul Tbilisidəki iğtişaşlar zamanı ağır döyüldükdən altıncı gün sonra vəfat edən “TV Pirveli”nin operatoru Lekso Laşkaravanın ölümü olub. Nümayişçilər hesab edirlər ki, səlahiyyətlilər iğtişaşlar zamanı vətəndaşları qorumadıqları üçün məsuliyyətə cəlb edilməlidirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            930 12.07.21 15:21