ABŞ-ın Dallas şəhərində keçirilən hərracda yeni rekord qeydə alınıb.
“Heritage Auctions” hərrac evinin məlumatına əsasən, “Legend of Zelda” videooyununun nadir nüsxəsi 870 min dollara alıcı tapıb ki, bu da indiyədək videooyunlara görə ödənilən ən yüksək məbləğdir.
Məlumata əsasən, satılan nüsxə 1987-ci ildə məhdud sayda buraxılıb.
Qeyd olunub ki, öncəki rekord da məhz bu videooyunla bağlı olub. Belə ki, bu ilin aprel ayında “Legend of Zelda”nın 1986-cı il nüsxəsi 660 min dollara satılıb.