Bir həftə öncə Yaponiyada baş vermiş sürüşmə fəlakəti nəticəsində ölənlərin sayı artıb.
“Kyodo” xəbər verir ki, son məlumatlara əsasən, hadisə zamanı ölənlərin sayı 10 nəfərə çatıb. 18 nəfərsə hələ də itkin düşmüş sayılır.
Xilasedicilər tərəfindən dağıntıların təmizlənməsi işləri davam etdirilir.
Xatırladaq ki, iyunun 4-də Yaponiyanın mərkəzindəki Atami şəhərində baş verən sürüşmədə 130-dan çox ev və bina zərər görüb.