İran paytaxtının qərbində yerləşən milli parkda partlayış baş verib.
Bu barədə “Fars” xəbər agentliyi verir.
“İyulun 10-u şənbə günü Tehranın qərbində partlayış səsi eşidildi. Partlayışın səbəbi ilə bağlı hələ rəsmi bir xəbər yoxdur”, - deyə agentliyin açıqlamasında bildirilir.
“Görünür milli parkın ərazisində bir şey partladı. İndiyə qədər zərərçəkənlər barədə məlumat yoxdur”, - deyə agentlik əlavə edir.