Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Krasnoselkupski rayonunda ikinəfərli xüsusi təyyarə radarlardan itib.
“RİA Novosti”yə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsindən verilən məlumatda qeyd olunur ki, təyyarə meşələrdə yanğın ocaqlarının olub-olmamasını yoxlamaq üçün havaya qalxıb.
Təyyarənin axtarışına “Mi-8” helikopteri cəlb olunub və qısa müddət sonra təyyarənin sərt eniş etməsi nəticəsində tüstüləndiyi aşkar edilib, onun yaxınlığında əli ilə siqnal verən bir kişi görünüb.