Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimovla Ermənistanın müdafiə naziri Vaqaraşak Arutyunyan arasında telefon danışığı olub.
Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Telefon danışığında Ermənistanın Geqarkunik və Sünik vilayətlərindəki vəziyyət müzakirə edilib.
V.Gerasimov və V.Arutyunyan Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.
///Report