Rusiya meyvə-tərəvəz idxalçıları qarşısında yeni tələblər qoyub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

Rusiya meyvə-tərəvəz idxalçıları qarşısında yeni tələblər qoyub

Rusiyada pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı "Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında" federal qanununun beynəlxalq əməkdaşlığa dair bölməsində müvafiq dəyişiklik olunub.

"Report" xəbər verir ki, yeni qanunvericilikdə bitkiçilik məhsullarının, pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi, o cümlədən Rusiyaya idxal olunan pestisid və aqrokimyəvi maddələrin qüvvədə olan qeydiyyat şəhadətnaməsinin mövcud tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədilə onların laborator müayinələrinin aparılması üçün sınaq materiallarının və ya nümunələrin götürülməsi nəzərdə tutulur.

Eyni zamanda dəyişiklikdə bu ölkəyə ixrac olunan bitkiçilik məhsullarının istehsal yerlərində pestisidlərin və aqrokimyəvi vasitələrin tətbiqi ilə bağlı məcburi tələblərə uyğunluğun müvafiq beynəlxalq müqavilədə nəzərdə tutulan üsullarla yoxlanılması ilə bağlı dövlət nəzarətinin gücləndirilməsi öz əksini tapır.

Təqbiq olunan yeniliyə əsasən, Rusiya meyvə-tərəvəz məhsullarının idxalında dövlət nəzarətini daha da gücləndirib. Belə ki, Rusiya yeni qanunvericilik tələblərinə uyğun olmayan və idxal tələblərinə cavab verməyən meyvə-tərəvəz məhsullarının bu ölkəyə ixracı mümkün olmayacaq. Bununla bağlı olaraq, Rusiya Federasiyasına meyvə-tərəvəz ixracı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin AQTA-da qeydiyyatdan keçməklə zəruri məlumatları təqdim etmələri tələb olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            387 08.07.21 15:54