Rusiyanın Kamçatka diyarının Palana qəsəbəsində “An-26” sərnişin təyyarəsi qəzaya uğrayandan sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Bunu qəsəbə başçısının müavini Andrey Ulyanov bildirib.
Qeyd edək ki, təyyatə iyulun 7-də qəzaya uğrayıb. Hadisə nəticəsində “An-26”nın göyərtəsindəki 22 sərnişin və 6 ekipaj üzvü ölüb. Axtarış-əməliyyat tədbiri nəticəsində 19 meyit çıxarılıb.
Axtarış davam edir.