Dünyada ötən həftə koronavirusa 2,68 milyon yeni yoluxma və 54 minə yaxın ölüm halı qeydə alınıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Əvvəlki həftə ilə müqayisədə ötən həftə yoluxma hallarının sayında üç faiz artım müşahidə olunub.
Ölüm halları isə əksinə yeddi faiz azalıb və ötən ilin oktyabrından bu yana ən aşağı göstərici qeydə alınıb.