Həcminə görə dünyanın üçüncü ən böyük almazı Botsvanada tapılıb.
“Agence France-Presse” məlumat verir ki, almazın çəkisi 1174 karat təşkil edir.
Bənzərsiz almaz Kanadanın “Lucara Diamond Corp” şirkəti tərəfindən tapılıb.
“Bu, bizim üçün və Botsvana üçün tarixi bir tapıntıdır” - deyə şirkətin baş direktoru Nasim Lahri təqdimatda vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Botsvana Afrikada birinci dünyada isə Rusiyadan sonra ikinci ən böyük almaz istehsalçısıdır.