“Qrom-2021” xüsusi təlimləri bu il Ermənistan ərazisində keçiriləcək.
“İnterfaks”ın məlumatına görə, bu barədə KTMT-nin sözçüsü Vladimir Zaynetdinov bildirib.
“Ermənistan Respublikası ərazisində keçirilməsi planlaşdırılan təlimlər zamanı zirehli texnika, xüsusi avtonəqliyyat, aviasiya, PUA və xidmət-axtarış itlərinin istifadəsi ilə iki mərhələdə praktik tədbirlər keçiriləcək”, - deyə Zaynetdinov əlavə edib.
Qeyd edək ki, KTMT tərəfindən həyata keçirilən “Qrom” təlimləri narkotik ticarəti ilə mübarizəyə həsr olunub.