Böyük Britaniyada dünyanın ən bahalı dərmanı olan Zolgensmadan istifadəyə başlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

Böyük Britaniyada dünyanın ən bahalı dərmanı olan Zolgensmadan istifadəyə başlanılıb

Böyük Britaniyada onurğa əzələlərinin atrofiya xəstəliyini müalicə etmək üçün dünyanın ən bahalı dərmanı olan Zolgensmadan istifadə olunmağa başlanılıb.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, Milli Səhiyyə Xidməti körpələrdə və uşaqlarda nadir görülən və ölümcül xəstəlik olan onurğa əzələlərin atrofiyasının müalicəsi üçün lazım olan bu dərmanın istifadəsinə başlayıb. Xəstəlikdən əziyyət çəkən 5 aylıq körpə Artur gen terapiyasını alan ilk körpələrdən biri olub.

Krallıqda Zolgensma müalicəsinin tətbiq olunduğu 4 xəstəxana fəaliyyət göstərir. Zolgensma bu günə qədər Milli Səhiyyə Xidməti tərəfindən tətbiq olunan ən bahalı müalicə üsuludur.

Bir doza üçün təxminən 2,5 milyon dollar xərclənən Zolgensma, əzələləri zəiflədən və mərkəzi sinir sistemini pozaraq tədricən hərəkət etməyə imkan verməyən, genetik xəstəliyin inkişafını dayandırır. Dərmanın tərkibindəki "onasemnogene abeparvovec" adlı maddə xəstəliyə səbəb olan qüsurlu geni düzəldir, əzələ fəaliyyəti və sinir sisteminin sağlamlığı üçün vacib olan zülalları istehsal edir.

Zolgensma İsveçrənin "Novartis" əczaçılıq şirkəti tərəfindən istehsal olunur. Gen terapiyası dərmanları istehsal edən "Novartis", dünyanın ən zəngin əczaçılıq şirkətlərindən biridir.

Tip-1 SMA xəstəliyi dünyada uşaq ölümünün ən çox müşahidə olunan səbəblərindən biridir. Hər il dünyada 60 min uşağa onurğa əzələlərinin atrofiyası diaqnozu qoyulur. Zolgensma bu günə qədər təxminən 40 ölkə tərəfindən təsdiqlənib və onun vasitəsilə 1000-dən çox uşaq müalicə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            384 02.06.21 23:07