Mayın sonu, iyunun əvvəli Özbəkistanda anomal istilər hökm sürür.
Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu günlər Nukusda 41,2, Urgenc və Buxarada 43, Navaidə 41 dərəcə isti var.
Məlumatda bildirilib ki, Özbəkistanda mayın sonu, iyunun əvvəli üçün belə istilər sonuncu dəfə 88 il əvvəl qeydə alınıb.
Qeyd olunub ki, anomal istilər hələ bir neçə gün davam edəcək.