Marukyan Ermənistan Səhiyyə Nazirliyində baş verən silsilə qətl və qalmaqalların səbəbini açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

Marukyan Ermənistan Səhiyyə Nazirliyində baş verən silsilə qətl və qalmaqalların səbəbini açıqladı

Ermənistanın dövlət idarəetmə orqanlarında xaos hökm sürür. Dövlət sistemi faktiki olaraq işini dayandırıb və bu xaosun nəticələri hər yerdə görünür, o cümlədən bir sıra səs-küylü qətllərdə.

Bunu “Maariflənmiş Ermənistan” partiyasının lideri və eyni adlı fraksiyanın rəhbəri Edmon Marukyan Ermənistan parlamentində jurnalistlərə açıqlamasında deyib.

“Görürük ki, dövlət sistemi işləmir. Bu, fərqli sahələrdə fərqli şəkildə özünü göstərir. Səhiyyə sahəsində bu, ölən hərbçilərin qalıqları ilə bağlı hadisədir, hüquq-mühafizə orqanlarında İrəvanın mərkəzində günün günorta vaxtı qətlin törədilməsidir”.

Onun sözlərinə görə, Ermənistan Respublikasının bir çox dövlət qurumları və məmurları erkən seçkilər ərəfəsində gözləmə mövqeyində oldular. Onlar necə davranmaları və nə etmələri üçün seçkilərin nəticələrini gözləyirlər. Bu cür qarışıqlıq və səmərəsiz fəaliyyət şərtlərində qətl də baş verə bilər, başqa hadisələr də.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            948 02.06.21 18:13