Səudiyyə Ərəbistanında azan səsinin azaldılmasına dair qərar qəbul olunub.
Səudiyyə Ərəbistanı hökumətində islam işləri üzrə nazir Abd əl-Lətif əş-Şeyx müəzzinlərin azan səslərinin azaldılması, habelə azanın səsgücləndirici ilə verilməsinin qadağan olunması barədə qərarı müdafiə edib.
Bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Onlar bildiriblər ki, azan sülh və əmin-amanlıq gətirir: “Səsgücləndiriciləri məscidlərə qaytarın”.
Ancaq nazir azanın uca səslə yayılmasının uşaqları oyatdığını, sakinlərin dincliyini pozduğunu və səsgücləndiricilərin gücünün 30 faizədək məhdudlaşdırılmasının qüvvədə qaldığını bildirib: “İnsanların səsgücləndiriciyə ehtiyacı yoxdur və onlar həmin vaxt məsciddə olurlar”.
Qeyd edək ki, İsraildə azan səsinin məhdudlaşdırılması haqqında qanunun qəbulu uğursuzluğa düçar olmuşdu. Bu layihəyə qarşı İsraildəki ərəblərlə yanaşı, dini partiyalar və hüquq müdafiəçiləri də çıxış etmişdi.