İrəvanda yerləşən polis bölmələrindən birində çəkilmiş görüntülər erməni güc strukturlarının faşist mahiyyətini növbəti dəfə ortaya qoyub.
Sosial şəbəkənin erməni seqmentində yayılan sözügedən görüntülərdə yaxalanaraq polis bölməsinə gətirilən vətəndaşın necə alçaldılması əksini tapıb.
Belə ki, əlləri bağlı olan vətəndaş tamamilə çılpaq şəkildə bölməyə gətirilib. Video bir çox hallarda beynəlxalq təşkilatlar tərəfindən gözardı edilsə də, Ermənistanda insan hüquqlarının kobud şəkildə pozulduğunu bir daha ortaya qoyub.