İsrail karantin məhdudiyyətlərini ləğv etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

İsrail karantin məhdudiyyətlərini ləğv etdi

İsraildə koronavirusa yoluxmanın davamlı olaraq aşağı olması səbəbindən qapalı yerlərdə məcburi maskalar taxmaqdan başqa bütün karantin məhdudiyyətləri qaldırılıb.

Bu barədə gazeta.ru xəbər verib.

“Qalan bütün məhdudiyyətlər 1 iyun 2021-ci il tarixində bitdikdən sonra uzadılmadı. “Yaşıl keçid” zərurəti və “bənövşəyi standart” məhdudiyyətləri aradan qaldırılıb. Qapalı müəssisələrdə məcburi maska taxma əmri, başqa cür qərar verilənə qədər qüvvədə qalacaq”, - deyə İsrail Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, “yaşıl keçid” - əvvəllər bir sıra sosial tədbirlərə və təşkilatlara qatılarkən tələb olunan peyvənd sənədi idi, “bənövşəyi standart” isə dövlət qurumları və müəssisələrin fəaliyyətini tənzimləyirdi.

O da vurğulanıb ki, daxili məhdudiyyətlərin əksəriyyətinin götürülməsinə baxmayaraq, İsrail vətəndaşlarının COVID-19 riski yüksək olan ölkələrə getməsi barədə qadağa qüvvədədir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 011 01.06.21 11:53