Şimali Koreyanın rəqibi Cənubi Koreya deyil, müttəfiqindən sadəcə “istifadə edən” ABŞ-dır.
Bu barədə “Korean Central News Agency” məlumat verir.
“Hədəfimiz Cənubi Koreya əsgərləri deyil, okeanın o tayındakı Amerika Birləşmiş Ştatlarıdır. Cənubi Koreyadan istifadə edərək hegemonluq hədəfini həyata keçirməyi planlaşdıran ABŞ-ın hesablaması bir insanın gözlərini öz barmaqları ilə çıxartması kimi ağılsız bir davranışdır. Atalar deyib ki, nə əkərsən, onu da biçərsən”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Vaşinqton və Seul təcavüzkar ambisiyalarını açıq şəkildə nümayiş etdiriblər.