Azərbaycanlı ailə Almaniyadan deportasiya edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

Azərbaycanlı ailə Almaniyadan deportasiya edilib

Ötən gün Gürcüstan vətəndaşı olan 4 azərbaycanlı Almaniyadan deportasiya edilib.

“Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, bir ailənin üzvü olan 4 azərbaycanlı ötən gecə polis və miqrasiya idarəsinin əməkdaşlarının müşayiəti ilə Berlin Şönefeld hava limanına gətiriliblər. Onlar hava limanında sürətli koronavirus testi verdikdən sonra Münhen-Tbilisi reysini həyata keçirən Türkiyə Hava Yollarına məxsus təyyarəyə mindiriliblər.

Məlumata görə, ailə 2016-cı ildə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. Lakin onlar Berlin Miqrasiya İdarəsi tərəfindən rədd cavabı alıblar. Ailə daha sonra məhkəməyə müraciət edib. Məhkəmə miqrasiya idarəsinin verdiyi qərarı qüvvədə saxlayıb. 2020-ci ildə ailəyə möhlət hüququ verilsə də, onlar ölkəni tərk etmələri ilə bağlı bir neçə dəfə xəbərdarlıq alıblar.

Məlumat üçün bildirək ki, bu ilin fevral-aprel aylarında aralarında azərbaycanlıların da olduğu 505 nəfər Gürcüstan vətəndaşı Almaniyaya gələrək qaçqın statusu üçün müraciət edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            627 31.05.21 21:34