ABŞ prezidenti Co Bayden Çin rəhbəri Si Cinpinlə telefonla danışdığını bildirib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Bir neçə saat əvvəl prezident Si ilə uzunmüddətli söhbətim oldu. Mən aydın şəkildə bildirdim ki, biz bütün dünyada insan haqları barədə danışırıq və başqa cür edə bilmərik. Çünki biz beləyik”, - deyə Bayden ölkənin milli bayramı olan “Xatirə günü” münasibətilə çıxışı zamanı bildirib.