ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, koronavirusun mənşəyini öyrənən komissiyanın üzvü Devid Aşer bəyan edib ki, hələ 2019-cu ilin dekabr ayında Uhan laboratosiyası həkiminin həyat yoldaşı COVID-19 səbəbilə vəfat edib.
Bu barədə “Daily Caller” məlumat yayıb.
“Bu fakt koronavirusun hələ o zaman yayıldığını təsdiq edir. Halbuki, Çin rəhbərliyi növbəti bir ay ərzində xəstəliyin laboratoriya divarlarından kənara çıxaraq, insanlar arasında yayılmasını inkar edib və qlobal pandemiyanın qarşısını vaxtında almayıb”, - deyə Aşer bildirib.