Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla ortaq şəkildə sənədli filmin müəllifləri olacaqlar.
Bu barədə nazir özü TASS-a məlumat verib.
O, bildirib ki, sənədli film Çeçenistan ərazisindəki tarixi mədəniyyət abidələrinə həsr olunacaq.
Kadırov isə öz növbəsində qeyd edib ki, respublika ərazisindəki tarixi-mədəni irsin qorunub saxlanması üzrə genişmiqyaslı plan hazırlanır və yaxın vaxtlarda onun icrasına başlanacaq.