2020-ci ilin mart-aprel ayları arasında ABŞ-da xəstəxanaya yerləşdirilən xəstələrin təxminən yarısı xəstəxanalardan qəbul edildiklərindən daha pis vəziyyətdə çıxıblar.
“Daily Mail”in məlumatına görə, bu barədə “Michigan Medicine”dən olan alimlər tərəfindən aparılan araşdırmadan məlum olub.
Bildirilir ki, mütəxəssislər 20-95 yaş arasında 300 xəstənin məlumatlarını təhlil edib. Onların təxminən 20 faizinin, yəni hər beş nəfərdən birinin müstəqil həyata qayıda bilmədiyi aydınlaşıb.
Bu xəstələrdə ağrı və nevroloji simptomlar görünüb.
Tədqiqatlarda o da aydın olub ki, xəstəxanadan çıxdıqdan sonra pasiyentlərin 45 faizi hərəkət qabiliyyətini (o cümlədən çimmək və ya geyinmək kimi gündəlik iş bacarıqlarını) itirib. Digər 20 faizi özlərinə baxa bilmədikləri üçün qohumlarının yanına köçməli və ya xəstəxanaya yerləşməli olublar.