ABŞ Türkiyənin əldə etdiyi Rusiya istehsalı S-400 zenit-raket kompleksinə dair rəsmi Ankaraya alternativ təqdim edib.
Bunu “CNN Türk”ə müsahibəsində ABŞ Dövlət Katibinin müavini Uendi Şerman bəyan edib.
“S-400-lərin əldə edilməsi NATO alyansında problemlər yaradır. Biz alternativ təqdim etdik. Onlar nə etməli olduğunu dəqiq bilir. Ümid edirəm ki, ümumi çıxış yolu tapa biləcəyik”, - deyə Şerman bildirib.
O, hansı alternativdən söhbət getdiyini dəqiqləşdirməyib.