Tanınmış Hollivud aktyoru, eyni zamanda Rusiya XİN-in ABŞ-la humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi Stiven Siqal “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasına qoşulmağa hazırlaşır.
TASS partiyanın mətbuat xidmətinə istinadən məlumat verir ki, ulduz aktyor şənbə günü rəsmən siyasi birliyin üzvü olacaq. Siqal partiyada ekoloji məsələlərlə, xüsusən də havanın çirklənməsi problemlərilə məşğul olacaq.
Məlumata əsasən, aktyor hələ 2016-cı ildə Rusiya vətəndaşlığı alıb. O, əvvəllər “Həqiqət naminə” partiyasının üzvü olub. İndi isə həmin partiya “Ədalətli Rusiya” ilə birləşdikdən sonra Siqal yeni yaranan siyasi birliyə qoşulacaq.