Avstriya Poçt Xidməti tarixdə ilk dəfə NFC texnologiyasını dəstəkləyən poçt markası təqdim edib Çipdəki informasiya blokçeyndə saxlanılır. Şirkət bu yolla investorların kriptovalyutaya marağını cəlb etmək istəyir.
Median.Az ictnews.az-a istinadən bildirir ki, poçt markasında balina təsvir edilib. Bu, Avstriya Poçt Xidməti tərəfindən təqdim edilmiş üçüncü kriptomarkadır. Məlumata görə, poçt markasına quraşdırılmış çip bağlamaların daha səmərəli işlənməsinə imkan verəcək. NFC çip xüsusi riderlər tərəfindən oxunula bilər. Bir sözlə, hər şey telefonda olduğu kimidir.
Sözügedən poçt markası məhdud sayda (100 min ədəd) çıxarılıb. Qiyməti təxminən 12 dollar olacaq poçt markası iyunun 21-də satışa çıxarılacaq.