İran hökuməti ölkədə kriptovalyuta mayninqinin dörd ay müddətində qadağan olunması ilə bağlı qərar qəbul edib.
Bu barədə “Reuters” məlumat yayıb.
İran prezidenti Həsən Ruhani ölkə televiziyasının efirində bəyan edib ki, sözügedən qərar iri şəhərlərin elektrik təchizatında fasilələrə səbəb ola biləcək elektrik enerjisi çatızmalığı ilə əlaqədardır.
“Qadağa bu andan etibarən sentyabrın 22-dək tətbiq olunur”, - deyən dövlət başçısı bildirib ki, ölkə üzrə hasil olunan kriptovalyutanın 85%-i müvafiq icazə olmadan mayninq edilir.
Məlumat üçün bildirək ki, blokçeyn analizi ilə məşğl olan “Elliptic” şirkətinin məlumatına əsasən, dünya kriptovalyuta hasilatının 4.5%-i İranın payına düşür.