Vaksini əvəz edəcək preparat hazırlanır » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:00 BMT eksperti: "Buzlaqların əriməsi səbəbindən qlobal fəlakətə yaxınlaşırıq"  |     13:53 Naxçıvan Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib  |     13:45 Bəzi fermerlərə 8000 manat subsidiya veriləcək  |     13:35 Gürcüstanın hakim partiyası parlament seçkisində qalib gəldi  |     13:30 Azərbaycanda polis ehtiyatsızlıq nəticəsində həyatını itirdi  |     13:22 Kolleclərə yeni təyinatlar olub  |     13:15 Mayk Tayson məğlubiyyətdən sonra boksdakı taleyi ilə bağlı açıqlama verdi  |     13:08 Mərkəzi Bank üç vəzifəli şəxsi cərimələyib  |     13:02 Sabahın hava proqnozu AÇIQLANDI - 17.11.2024  |     22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |    

Vaksini əvəz edəcək preparat hazırlanır

Avstraliyalı alimlər COVID-19-un profilaktikası və müalicəsi üçün peyvəndlər əvəzinə istifadə edilə biləcək iki yeni preparat hazırlayıblar.

TASS-ın məlumatına görə, bu barədə Brisbendə yerləşən Berghofer Tibbi Tədqiqat İnstitutunun alimləri “Nature Cell Discovery” elmi jurnalında məqalə dərc ediblər.

Tədqiqatçıların sözlərinə görə, COVID-19 ağır formalarının qarşısının alınması və müalicəsi üçün hazırlanan hər iki dərman SARS-CoV-2 virusunun özünə deyil, hücum etdiyi hüceyrələrə təsir edir.

Preparat Fransada heyvanlar üzərində laboratoriya testlərindən keçib. İlkin nəticələr dərmanların istifadəsinin təhlükəsiz olduğunu və məhdud sayda yan təsirlərin aşkarlandığını göstərib.

Mütəxəssislər bildiriblər ki, klinik sınaqlar uğurlu alınarsa, birinci dərman infeksiyanın qarşısını almaq üçün peyvəndlə yanaşı, ikincisi isə artıq yoluxmuş xəstələrdə SARS-CoV-2 virusunun replikasiyasını dayandırmaq üçün istifadə edilə bilər.

Həmçinin o da qeyd edilib ki, hazırlanan preparatlar tibbi səbəblərdən vaksin vurdura bilməyənlərin koronavirusdan müdafiəsi üçün də istifadə oluna bilər.

Dərmanların COVID-19 xəstələrindən alınan qan nümunələri və hüceyrələr üzərində laboratoriya testləri zamanı artıq yüksək effektivlik göstərdiyi vurğulanıb. Bundan əlavə, preparatın xüsusi şəraitdə saxlanılmasına ehtiyac yoxdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            915 26.05.21 13:39