Böyük Britaniyanın 56 yaşlı baş naziri Boris Conson 33 yaşlı nişanlısı Kerri Saymondsla gələn ilin yayında evlənəcək.
“The Sun” xəbər verir ki, cütlük 2019-cu ilin sonunda nişanlanıblar.
Onlar toy planlarını pandemiyaya görə təxirə salmışdılar.
Conson üçün bu, üçüncü, Saymonds üçün isə ilk nikah olacaq.
Onların 30 iyula planlaşdırılan toyu harda keçirəcəyi hələ açıqlanmır.