“Android” qurğularının sayı 3 milyardı ötüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:53 Naxçıvan Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib  |     13:45 Bəzi fermerlərə 8000 manat subsidiya veriləcək  |     13:35 Gürcüstanın hakim partiyası parlament seçkisində qalib gəldi  |     13:30 Azərbaycanda polis ehtiyatsızlıq nəticəsində həyatını itirdi  |     13:22 Kolleclərə yeni təyinatlar olub  |     13:15 Mayk Tayson məğlubiyyətdən sonra boksdakı taleyi ilə bağlı açıqlama verdi  |     13:08 Mərkəzi Bank üç vəzifəli şəxsi cərimələyib  |     13:02 Sabahın hava proqnozu AÇIQLANDI - 17.11.2024  |     22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |    

“Android” qurğularının sayı 3 milyardı ötüb

"Google" şirkəti dünyada "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən 3 milyard aktiv qurğunın mövcud olmasını açıqlayıb. Bu, "iPhone" smartfonlarının sayından üç dəfə çoxdur - ilin əvvəlində "Apple" şirkəti dünyada öz istehsalı olan smartfonların 1 milyard təşkil etməsini bəyan edib.

Median.Az
ictnews.az-a istinadən bildirir ki, 2019-cu illə müqayisədə istismarda olan "Android" qurğularının sayı 500 milyon ədəd artıb. 2 milyard qurğu səviyyəsi 2017-ci ildə dəf edilib.

Qeyd olunur ki, açıqlanan statistika "Google Play" platformasının məlumatlarına əsaslanır. Bu isə o deməkdir ki, orada kənar rəqəmli kontent mağazalarından istifadə edən qurğular, eləcə də insanların "Google" servis və əlavələrindən istifadəyə üstünlük vermədiyi Çindəki əksər "Android" sistemli qurğular nəzərə alınmayıb. Dünyada "Google" şirkətinin açıqladığı saydan daha çox "Android" əməliyyat sistemli qurğunun olduğu ehtimal edilir.

Üç milyon saytda 15 milyarddan çox səhifə baxışını analiz edən "StatCounter" servisinin hesablamasına görə, 2021-ci ilin aprelində aktiv "Android" qurğularının payı 72 faiz təşkil edib. "iOS" sistemli texnikada bu göstərici 27 faizə bərabər olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            696 22.05.21 23:17