Argentina səlahiyyətliləri koronavirusla əlaqədar vəziyyətin pisləşməsi səbəbindən may ayının sonuna qədər ölkə daxilində “lokdaun” tətbiq ediblər.
Bu barədə “Ambito” nəşri xəbər yayıb.
Sərt karantin çərçivəsində ölkə ərazisində 22-31 may tarixlərində bütün əyani təhsil, ictimai, dini və idman tədbirləri ləğv ediləcək, əksər ticarət qurumlarının işi məhdudlaşdırılacaq.
Müvafiq qərarın COVID-19-a yoluxma nisbətini azaldacağı gözlənilir.
Qeyd edək ki, Argentinada koronavirusa 3 447 044 yoluxma, 72 699 ölüm qeydə alınıb.