Amerika rəhbərliyi Fələstinlə İsrail arasındakı qarşıdurmanın artması fonunda İsraildən hərbçi və mülki şəxslərdən ibarət 120 nəfərlik personalı evakuasiya edib.
Bunu “ CNN” televiziyasının jurnalisti Barbara Star ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən özünün tvitterində yazıb.
Jurnalist bildirib ki, təlimlərə hazırlaşan hərbçilər və mülki şəxs olan digər heyət üzvləri C-17 hərbi təyyarə ilə İsrail ərazisini tərk edib. Onlar Almaniyaya aparılıblar.