İsrail hərbçiləri Qəzza sektorunda yerüstü əməliyyat keçirilməsi imkanlarını nəzərdən keçirir.
Bu barədə “The Jerusalem Post” məlumat yayıb.
İsrail ordusunun mətbuat xidmətinin nümayəndəsi Xiday Zilberman bildirib ki, hazırda bütün fəaliyyət variantları, o cümlədən Qəzzada mümkün yerüstü əməliyyat ehtimalı gündəmdə dayanır.
Həmçinin Qəzza sektoru ilə sərhəd bölgəsinə İsrail ordusunun bir neçə briqadası və zirehli texnika cəlb olunub.