"Gürcüstan hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi üçün önəmli addımlar atır".
Bunu ölkənin müdafiə naziri Cuanşer Burçuladze parlamentdə "nazir saatı" formatında çıxışı zamanı deyib.
O, İsrailin "Rafael" iri hərbi sənaye şirkəti ilə fəal əməkdaşlığın olduğunu bildirib: "Bu ilin sonuna qədər bu şirkətin hava hücumundan müdafiə sistemini əldə edəcəyik. Müasir özüyeriyən zenit-raket kompleksinin də alınması planlaşdırılır".
C.Burçuladze ABŞ-dan əlavə tank əleyhinə “Javelin” raket qurğuları partiyasının da tədarükünün planlaşdırıldığını qeyd edib.