İspaniya polisi ölkənin fövqəladə xidmətlərinə 8744 dəfə zəng vuraraq, operatorları təhqir edən şəxsi saxlayıb.
Bu barədə “Comercio” qəzeti məlumat yayıb.
Məlumata əsasən, 49 yaşlı kişi Ovyeda şəhər sakinidir.
O, 2019-cu ildən etibarən 3787 dəfə 091 və 4957 dəfə isə 112 xidmətinə zəng vurub. Zənglərdən heç biri aidiyyəti üzrə olmayıb.