ABŞ-ın Qərbi Virciniya ştatında yeddi müharibə veteranını insulinin təhlükəli dozası ilə öldürmüş tibb bacısı Reta Meysə ömürlük həbs cəzası verilib.
Bu barədə “USA Today” nəşri məlumat yayıb.
Belə ki, tibb bacısı 2017-ci ilin iyulundan 2018-ci ilin iyununadək Klarksburq şəhərində İkinci Dünya və Koreya Müharibəsində döyüşmüş müharibə veteranlarına inyeksiya vasitəsilə insulinin ölümcül dozasını vurub.
R.Meys qətlləri gecə növbəsində olarkən həyata keçirib.